Emin Əmrullayev Balakəndə vətəndaşları qəbul edəcək
![Emin Əmrullayev Balakəndə vətəndaşları qəbul edəcək
Emin Əmrullayev Balakəndə vətəndaşları qəbul edəcək](https://azvision.az/photos/2024/09/66d5bf9827f5e66d5bf9827f61172528424827391a8f2c5160bf0db9ae1abbd23f12-1725285127.jpg)
Bildirilib ki, qəbulda Balakən, Şəki, Qax, Zaqatala, Oğuz və Qəbələ sakinləri iştirak edə bilərlər.
Qeyd edilib ki, adları çəkilən şəhər və rayonların sakinləri 15 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
AzVision.az
Teqlər: