Kosmosda olan adamların sayına görə yeni rekord qeydə alınıb

   Kosmosda olan adamların sayına görə    yeni rekord    qeydə alınıb
  12 Sentyabr 2024    Oxunub:2298
Bəşəriyyət planetin ətrafında eyni vaxtda orbitdə olan insanların sayına görə əvəvlki rekordu təzələyib.
AzVision.az xəbər verir ki, Kosmonvatika tarixçisi, rusiyalı ekspert Aleksandr Jeleznyakov belə məlumat açıqlayıb.

“İdarə olunan “Soyuz MS-26” nəqliyyat kosmik gəmisi orbitə çatdıqdan sonra orbitdə insanların sayı 19 nəfərə çatıb. Bu, yeni rekorddur”, - rusiyalı tarixçi deyib.

“Soyuz MS-26” kosmik gəmisi Moskva vaxtı ilə dünən saat 19:23-də Baykonur kosmodromundan “Soyuz-2.1a” raketi ilə buraxılıb və 19:32-də artıq orbitə çıxıb. Gəminin heyəti rusiyalı kosmonavtlar Aleksey Ovçinin və İvan Vaqner, həmçinin amerikalı astronavt Donald Pettitdən ibarətdir.

Bundan bir gün əvvəl isə Amerikanın “Crew Dragon” kosmik gəmisi “Polaris Dawn” missiyasının kosmik turistləri – gəminin kapitanı, iş adamı Cared Ayzekmanı, keçmiş hərbi pilot Stott “Kidd” Potiti, “SpaceX” astronavt hazırlığı proqramının rəhbəri Sara Gillisi və NASA-nın uçuşlarının keçmiş biotibbi direktoru, indi isə “SpaceX” şirkətinin kosmik əməliyyatlar üzrə baş mühəndisi Anna Manonu orbitə çatdırıb.

Bundan əlavə, astronavtlar Ye Quanfu, Li Tsun və Li Quansu hazırda Çinin “Tyanqun” orbital stansiyasında işləyirlər.

Hazırda Beynəlxalq Kosmik Stansiyada “Soyuz MS-26” gəmisinin gəlişini ruslar Oleq Kononenko, Nikolay Çub və Aleksandr Qrebyonkin, habelə amerikalılar Mettyu Dominik, Maykl Barrat, Canet Epps, Treysi Dayson, Barri Uilmor və Sunita Uilyams gözləyirlər.

Qeyd edək ki, eyni vaxtda kosmosda olan adamalrın sayı ilə bağlı əvvəlki rekord 2023-cü ilin may ayına təsadüf edib. Onda eyni vaxtda 17 nəfərin orbitdə olduğu qeydə alınıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kosmos   insanlar   rekord  





Xəbər lenti