Yerin Aydan başqa bir peyki də olacaq

Yerin Aydan başqa bir peyki də olacaq
  23 Sentyabr 2024    Oxunub:2177
Tədqiqatçılar Karlos de la Fuente Markos və Raul de la Fuente Markos maraqlı araşdırmalar aparıblar.
Xarici KİV-in yaydığı məlumata görə, Yer öz cazibə qüvvəsi ilə müntəzəm olaraq planetimizə yaxın obyektləri, asteroidləri özünə çəkərək tuta bilər. Araşdırmalara görə, bu üsulla Yer onları öz orbitində mini aylara çevirəcək.

Yerin iki peyki olacağı inandırıcı görünməsə də astronomların tədqiqat materialları ciddi faktlar ortaya qoyub. Onlar hesablayıblar ki, aşkar edilmiş səma cismi 2024 PT5 asteroididir və bu göy cismi sentyabrın 25-dən noyabrın 25-dək Yer ətrafında dövr edəcək. Alimlər bu kəşfi yeni “mini-ay” adlandırıblar və belə bir hadisənin 2055-ci ildə təkrarlana biləcəyini də bildiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti