Zukerberqin sürdüyü avtomobil elə də baha deyilmiş...
2022-ci ildən istehsal edilən Cadillac CT5-V Blackwing 677 at gücünə malik 6,2 litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilib və qiyməti 95 000 dollardır . Avtomobil BMV M5 və Mercedes-AMG E63 kimi rəqib olmaq üçün hazırlanmış ən güclü “Cadillac”lardan biridir.
Güc aqreqatı on pilləli avtomatik transmissiya və ya Tremec firmasının altı pilləli mexaniki ötürmələr qutusu ilə birləşdirilir. Ötürmə - yalnız arxa təkərlərədir. Precision Package paketinə əlavə ödəniş ilə karbon-keramika əyləcləri daxildir.
Opsional təkmilləşdirmələr dəsti Precision Package adlanır və o, supersedanın idarəetmə xüsusiyyətlərini ciddi şəkildə yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Avtomobildə daha sərt yaylara və yenidən sazlanmış adaptiv Magnetic Ride amortizatorlarına əlavə olaraq, güclü ön köndələn dayanaqlılıq stabilizatoru mövcuddur.
AzVision.az
Teqlər: