Nazirlik UNESCO-da təqdimat keçirdi

Nazirlik UNESCO-da təqdimat keçirdi
  10 Oktyabr 2024    Oxunub:1573
UNESCO Baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat keçirilib.
100-dən çox ölkənin UNESCO yanında Daimi Nümayəndəlikləri olmaqla ümumilikdə 300-dən çox iştirakçı ilə baş tutan tədbir UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottonenin və Ekologiya və Yer elmləri sektorunun direktoru, İnsan və Biosfer Proqramının Katibi Antonio Abrenin açılış nitqləri ilə başlayıb.

Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycan-UNESCO münasibətlərindən, mədəniyyətin iqlim fəaliyyətindəki rolu və mövzunun qlobal gündəliyə daxil edilməsinin önəmindən bəhs edib. F. Cəfərov, həmçinin, COP29 çərçivəsində 15 noyabr tarixində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyətinin Dostları Qrupunun (GFCBCA) həmsədrləri qismində BƏƏ və Braziliya Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə keçiriləcək 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu ilə bağlı məlumat verib.

Ernesto Ottonenin moderatorluğu ilə davam edən tədbirdə Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən Culture for Climate (C4C) təşəbbüsü barəsində video-çarx nümayiş etdirilib, təqdimat olub. Təqdimat zamanı davranış mədəniyyətinin iqlim dəyişmələrinə qarşı yönələn fəaliyyətlərdə oynadığı zəruri rol və bu istiqamətdə görüləcək layihələri əhatə edən 1 illik fəaliyyət planı barədə ətraflı məlumat verilib.

Daha sonra GFCBCA həmsədrləri qismində BƏƏ və Braziliyanın UNESCO yanında Daimi Nümayəndələri Azərbaycana mədəniyyətin iqlim dəyişmələrinə yönələn gündəliyə daxil edilməsi istiqamətində aktiv fəaliyyətlərinə görə təşəkkür edərək C4C təşəbbüsünü dəstəklədiklərini bildiriblər. Sonda isə tədbir iştirakçılarını noyabrda Bakıya gəlməyə dəvət ediblər. Tədbir sual-cavab sessiyası və nazir müavinin bağlanış nitqi ilə sona çatıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti