Putin: "Yaxın Şərq probleminin həlli üzrə hərəkətə keçmək lazımdır".

      Putin:    "Yaxın Şərq probleminin həlli üzrə hərəkətə keçmək lazımdır".
  24 Oktyabr 2024    Oxunub:831
"Moskva Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə töhfə verməyə çalışır".
Bu sözləri Rusiya Prezidenti ölkənin Kazan şəhərində keçirilən BRİKS sammitinin yekun iclasında çıxışı zamanı dilə gətirib. O, sözügedən regionda zorakılığa son qoymağa, zərərçəkənlərə yardım göstərməyə çağırıb.

"Problemin həlli məqsədilə təcili şəkildə hərtərəfli siyasi proses başlanmalıdır. Yaxın Şərqdə vəziyyət böyük narahatlıq doğurur. Qəzza zolağında aparılan döyüşlər nəticəsində əksəriyyəti mülki şəxslərdən ibarət 40 mindən çox insan həyatını itirib. Hazırda həlli üzərində çalışdığımız müəyyən mühüm məsələlərə baxmayaraq, vəziyyətin sabitləşməsinə öz dəstəyimizi verməyə çalışırıq", - Putin vurğulayıb.
HƏMAS-ın ali nümayəndəsi Moskvadadır

O, Qəzzada sülh və sabitliyin bərpası üçün BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnaməsi ilə təsdiqlənmiş "iki dövlət formul"un həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Yaxın-Şərq   danışıqlar  





Xəbər lenti