Mask Putinlə müntəzəm şəkildə ünsiyyətdə olur

   Mask Putinlə müntəzəm şəkildə    ünsiyyətdə    olur
  25 Oktyabr 2024    Oxunub:723
Amerikalı milyarder İlon Mask 2022-ci ilin sonundan etibarən Rusiya prezidenti Vladimir Putinlə mütəmadi olaraq əlaqə saxlayır, onlar “şəxsi mövzuları, biznes və geosiyasi gərginliyi” müzakirə edirlər.
AzVision.az xəbər verir ki, mənbələrə istinadən bu barədə məlumat yayan “The Wall Street Journal (WSJ)” nəşri ABŞ hökumətinin bundan xəbərdar olduğunu, lakin danışıqları gizli saxladığını yazır.

Qəzetin iddiasına görə, Mask Putindən başqa, onun administrasiyasının rəhbəri Sergey Kiriyenko ilə də danışıb. 2022-ci ilin payızında politoloq Yan Bremmer bildirmişdi ki, Mask ona Putinlə söhbəti və Kremlin “qırmızı xətləri” haqda danışıb – Putin “nəyin bahasına olursa olsun” Krımı və Ukraynanın neytrallığını qorumaq niyyətindədir. Ukraynanın yarımadaya müdaxiləsinə isə nüvə silahı ilə cavab verəcək.

Həmçinin, 2023-cü ilin sonunda Kreml Si Cinpinə “lütfkarlıq” olaraq Maskdan “Starlink”i Tayvan üzərində işə salmamağı xahiş edib. WSJ yazır ki, Maskın gizli danışıqları Trampın Rusiya ilə, o cümlədən Ukrayna üzrə genişmiqyaslı saziş bağlamaq istəyini təsdiqləyə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   Putin   ünsiyyət  





Xəbər lenti