İsrail İranın hərbi obyektlərinə zərbələr endirib - VİDEO

   İsrail İranın hərbi obyektlərinə zərbələr endirib    - VİDEO
  26 Oktyabr 2024    Oxunub:510
İsrailin Müdafiə Ordusu (ÇAXAL) bu gecə oktyabrın 1-də yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endirildiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, mənbəyə istinad edən “CBS News” telekanalının yaydığı məlumata görə, İsrailin İrana hücumu yalnız hərbi hədəflərlə məhdudlaşıb və nüvə və neft obyektlərini əhatə etməyib.

“İslam Respublikası rəhbərliyinin cinayətkar və qeyri-qanuni İsrail rejiminə hər hansı avantürist hərəkətlərdən çəkinməsi ilə bağlı əvvəlki xəbərdarlıqlarına rəğmən, bu saxta rejim bu gün səhər saatlarında gərginlik yaradan aksiya nəticəsində Tehran, Xuzistan və İlam əyalətlərində. bir sıra hərbi mərkəzlərə hücum həyata keçirib. Ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən uğurlu tutulmasına və dəf edilməsinə baxmayaraq bir sıra obyektlərə məhdud ziyan dəyib”, - məlumatda deyilir.

“Fars” xəbər agentliyi İsrailin Tehranın qərbində və cənub-qərbində bir sıra hərbi bazalara hücum etdiyini bildirib. Eyni zamanda, “Tasnim” xəbər agentliyi İran paytaxtının qərbində və cənub-qərbində yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi mərkəzlərinə zərər dəymədiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   İran   zərbələr  





Xəbər lenti