İşə düzəltmək adı ilə insanların pullarını aldı

İşə düzəltmək adı ilə insanların pullarını aldı
  26 Oktyabr 2024    Oxunub:426
Şirvanda dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən xəbərə görə, saxlanılan şəxs zərərçəkənlərin etibarından sui-istifadə edərək, onlara yüksəkməvacibli işlə təmin olunmalarında köməklik göstərəcəyi barədə yalan vədlər verib.

F.Xəlilov ümumilikdə 15 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. F.Xəlilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
AzVision.az



Teqlər:





Xəbər lenti