Kanala düşən maral xilas edildi - VİDEO

Kanala düşən maral xilas edildi    - VİDEO
  26 Oktyabr 2024    Oxunub:413
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində maralın kanala düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və maralı kanaldan xüsusi vasitələrlə çıxarıb xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti