“Hizbullah” İsrail hərbi bazalarını atəşə tutdu

“Hizbullah” İsrail hərbi bazalarını atəşə tutdu
  26 Oktyabr 2024    Oxunub:342
"Hizbullah" təşkilatının döyüşçüləri Hayfa və Safed şəhərlərindəki İsrail hərbi bazalarına raket zərbələri endirib.
AzVision.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qrup özünün teleqram kanalında məlumat yayıb.

"İslam müqaviməti döyüşçüləri Hayfanın şimalındakı Ha-Krayot ətrafında yerləşən hərbi hədəflərə zərbələr endirib və onları vurublar", - məlumatda deyilir.

Onlar həmçinin Livanla sərhəddən 20 km aralıda, Safed şəhəri yaxınlığındakı Mişarda İsrail hərbi kəşfiyyat bazasına və səhra düşərgəsinə zərbə endirdiklərini elan ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti