Misir Qəzzada iki günlük atəşkəs təklif edir

Misir Qəzzada iki günlük atəşkəs təklif edir
  27 Oktyabr 2024    Oxunub:1244
Misir əvvəlcə Qəzza zolağında müvəqqəti atəşkəs sazişi bağlamağı və anklavda tam atəşkəsə keçməzdən əvvəl bir neçə girovu azad etməyi təklif edib.
AzVision.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə əlcəzairli həmkarı Abdelmacid Tebbun ilə keçirdiyi mətbuat konfransında deyib.

“Misir son günlərdə müvəqqəti atəşkəs və dörd girovun İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi təşəbbüsünü təşviq etmək üçün fəal səylər göstərir... Müvəqqəti razılaşma əldə edildikdən sonra Qəzzada uzunmüddətli atəşkəsə keçidlə bağlı 10 gün ərzində məsləhətləşmələr aparılmalıdır”, - deyə o əlavə edib.


AzVision.az


Teqlər: Misir   Qəzza  





Xəbər lenti