Paşinyan: “Erməni konyakı yoxdur”

   Paşinyan:    “Erməni konyakı yoxdur”
  31 Oktyabr 2024    Oxunub:816
Ermənistanın baş naziri Nikol Paşinyan “erməni konyakı” adlı məhsulun olmadığını bəyan edib.

AzVision.az xəbər verir ki, Fransanın müəlliflik hüququ barədə patentinə görə Ermənistan hökumətinin rəhbəri “erməni konyakı” məfhumundan imtina etməyin lazım olduğunu bildirib.

“Konyak Fransanın qeyri-maddi dəyəridir. Konyak bölgəsində yetişdirilən üzümdən hazırlanan brendiyə (tünd spirtli içki) aiddir”, - Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, “konyak” sözü Ermənistanda kök salsa da, Fransanın patentini nəzərə alaraq, gələcəkdə ondan istifadə edilməməlidir. Sadəcə, Ermənistanın bu içkisini “brendi” adlandırmaq düzgün olardı.

İrəvan "soyqırımın" beynəlxalq səviyyədə tanınmasını prioritet saymır
Qeyd edək ki, bu gün Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının rəhbərik etdiyi qurumun prioritet məsələləri siyahısına daxil olmadığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   Fransa   konyak  





Xəbər lenti