Aİ-də ukraynalı qaçqınlara müavinətləri dayandırmaq istəyirlər

Aİ-də ukraynalı qaçqınlara müavinətləri    dayandırmaq    istəyirlər
  31 Oktyabr 2024    Oxunub:834
Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqına (Aİ) üzv ölkələrin onların ərazilərində məskunlaşmış ukraynalı qaçqınlara sosial ödənişləri dayandırmaq niyyətində olduqlarını iddia edib.
AzVision.az xəbər verir ki, Volodimir Zelenski Aİ ölkələrinin ukraynalı qaçqınlara müavinətləri dayandırdıqdan sonra onların bir hissəsinin vətənə qayıdacağını vurğulayıb.

“Aİ ölkələri yalnız işləyən ukraynalıları saxlamaq istəyir. Avropa ölkələrinin hakimiyyət orqanları Ukrayna vətəndaşlarını geri qayıtmağa məcbur etmək üçün yol axtarırlar, çünki xaricdə sosial müavinətlər və dəstək mütləq aradan qalxacaq. Almaniyada 1,1 milyon ukraynalı qaçqın yaşayır, onlardan ən azı 300 mini işləmir və hətta buna cəhd də göstərmir”,
- Ukrayna prezidenti ölkəni tərk etmiş soydaşları barədə deyib.

Xatırladaq ki, bundan əvvəl Volodimir Zelenski Kiyevə sovet istehsalı olan “MiQ-29” qırıcı təyyarələrini vermək istəməyən Polşa rəhbərliyinin bu hərəkətini pisləyib.

- Bizim Polşa ilə yaxşı qonşuluq münasibətlərimiz var. Müxtəlif təhdidlər var, biz onlardan daim Polşaya doğru gedən raketləri vurmağı xahiş etdik. Bizim Strıy, qaz anbarı var. Ölkəmiz, bizim həyatımız xüsusən də qışda qaz təchizatından asılıdır. Ukraynanın kifayət qədər hava hücumundan müdafiə (HHM) sistemi yoxdur, ona görə də Polşadan qaz anbarının mühafizəsini xahiş edib. Bəs polyaklar? Onlar vururlar? Yox. Polyaklar bu qərarda tək olmadıqları, NATO onlara dəstək və verdiyi təqdirdə həmin raketləri vurmağa hazır olduqlarını bildiriblər”, - Ukrayna prezidenti Zakarpatye bölgəsində keçirdiyi mətbuat-konfransında deyib.

Zelenskinin dediyinə görə, NATO-nun keçmiş baş katibi Yens Stoltenberqlə Polşaya alyansın təyyarələrinin göndərilməsi barədə razılığa gəlib. Onda Varşava köhnə “MiQ-29” qırıcılarını Kiyevə verə bilərdi, amma nədənsə bunu etmədi.

Rəsmi Varşava bu məsələdə sərgilədiyi mövqeyinin Polşanın özündə hərbi təyyarələrin çatışmazlığı ilə izah edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Ukrayna   qaçqınlar  





Xəbər lenti