CNN: "İsrail İranın hücumuna tam hazırdır"

      CNN:    "İsrail İranın hücumuna tam hazırdır"
  01 Noyabr 2024    Oxunub:1078
"İsrail ötən həftə hərbi obyektlərinə aviazərbə endirdiyi İrandan gözlənilən cavaba ən yüksək səviyyədə hazırdır".
Bu barədə İsrail Ordusunun adı açıqlanmayan nümayəndəsi "CNN"ə məlumat verib.

Xatırladaq ki, İsrail İranın oktyabrın 1-də bu ölkəyə genişmiqyaslı raket hücumuna cavabən oktyabrın 26-da İrandakı hərbi obyektlərə aviazərbələr endirib. Rəsmi Tehran bu zərbələrə qarşı cavab tədbiri həyata keçirəcəyini diqqətə çatdırıb. Bu gün isə ali dini lider Əli Xamenei bu barədə əmr verib.
Xameneyi İsrailə cavab zərbəsi hazırlamaq barədə əmr verib

İsrail və İran arasında "qarşılıqlı cavab hücumları" dalğası Tehranın himayəsindəki terror təşkilatlarının: Fələstinin HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin və Livan "Hizbullah"ının lideri Həsən Nəsrullahın öldürülməsi nəticəsində başlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   münaqişə  





Xəbər lenti