Paşinyanın qayını Köçəryandan narazıdır

   Paşinyanın qayını Köçəryandan narazıdır
  01 Noyabr 2024    Oxunub:899
“Vətəndaş Müqaviləsi" partiyasından olan deputat, Ermənistanın baş naziri Nikol Paşinyanın qayını Qraçya Akopyan parlamentin Müdafiə və Təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryanın işindən narazı qalması ilə bağlı erməni KİV-lərinin dərc etdiyi yazılara münasibət bildirib.
AzVision.az xəbər verir ki, bundan əvvəl “Jxohurd” qəzeti hakim “Vətnədaş Müqaviləsi” partiysının daxilində Köçəryanın istefasını dəstəkləyənlərin sayının artdığını yazmışdı. Onların arasında Qraçya Akopyanın, Ətraf Mühit naziri Akop Simidyanın, İrəvan merinin müavini Armen Pambuxçyanın və deputat Vilen Qabrielyanın da olduqları iddia edilir.

Etik normaları əsas gətriən Qraçya Akopyan bir gün partiyadaxili məsələlərə aid olan müzakirələri şərh etmək istəmədiyini bildirib.

“Köçəryana gəlincə, guya ondan narazı olduğumu mətbuatdan öyrəndim”, - Nikol Paşinyanın qayını deyib.

Xatırladaq ki, hələ oktyabrın 15-də cinayət məsələləri üzrə keçirilən dinləmələrdə “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Ovik Ağazaryan İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyanı biznesmenlərə təzyiq göstərməkdə ittiham edib. Deputat təqibə məruz qalanlardan birinin onunm avtomobil idxalı və satışı ilə məşğul oğlu olduğuna eyham vurub. Kərmyan, öz növbəsində, Ağazaryanın oğlu ilə bağlı onunla “iki dəfə əlaqə saxlanıldığını” və bunu korrupsiyanın təzahürü kimi qiymətləndirdiyini bildirib. Söz güləşdirməsi tez bir zamanda küçə jarqonunun elementləri ilə müşayiət olunan mübahisəyə çevrildi.

Bu insidentdən sonra Ermənistan parlamentin sədri Alen Simonyan bildirib ki, Müdafiə və Təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan iclası daha düzgün aparsaydı, toqquşmadan qaçmaq olardı. Eyni zamanda, mətbuatda Köçəryanı komissiya rəhbəri vəzifəsindən uzaqlaşdırmaq istədikləri barədə məlumatlar yayıldı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Akopyan   Köçəryan   narazılıq  





Xəbər lenti