Varlılar ABŞ-ni kütləvi şəkildə tərk etməyə hazırlaşır

Varlılar ABŞ-ni kütləvi şəkildə tərk etməyə hazırlaşır
  02 Noyabr 2024    Oxunub:918
Misilsiz sayda zəngin amerikalıla prezident seçkilərindən sonra müvəqqəti olaraq ölkəni tərk etmək niyyətindədir.
AzVision.az “CNBS” telekanalına istinadən xəbər verir ki, vətəndaşlar kimin növbəti prezident kimin seçilməsinə baxmayaraq, Birləşmiş Ştatlarda başlaya biləcək “siyasi və sosial iğtişaşlardan” qorxurlar.

Varlı insanlara immiqrasiya proqramları ilə bağlı məsləhətlər verən “Arton Capital” şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, amerikalı milyonçuların 53%-i seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, seçkidən sonra ABŞ-nin tərk edəcəklərinin ehtimalının olduğunu bildirib.

Dünyanın zəngin adamlarına beynəlxalq miqrasiya ilə bağlı məsləhətlər verən beynəlxalq “Henley & Partners” şirkəti isə “heç vaxt inidik qədər varlı adamlar tərəfindən belə tələbat görmədiyini” açqılayıb. Şirkətin özəl müştəri qrupunun rəhbəri Dominik Volek qeyd edib ki, onun müştəriləri arasında amerikalıların sayı ilk dəfə olaraq digər millətlərin nümayəndələrinin sayını ötməyə başlayıb.

“Lesperance and Associates” qlobal vergi və immiqrasiya şirkətinin idarəedici tərəfdaşı Devid Lesperans, mümkün xaricə köçmələri ilə bağlı onunla əlaqə saxlayan ABŞ vətəndaşlarının sayının son bir ildə təxminən üç dəfə artdığını bildirib.

Xatırladaq ki, npyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində indiki vitse-prezident demokrat Kamala Harris və sabiq prezident respublikaçı Donald Tramp ali post uğrunda mübarizə aparacaqlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   varlıla   mühacirət  





Xəbər lenti