Fransada xəstəxana böhranı

   Fransada xəstəxana böhranı
  02 Noyabr 2024    Oxunub:750
Tədqiqat, Araşdırmalar, Qiymətləndirmə və Statistika İdarəsinin (Drees) dərc etdiyi hesabata görə 2023-cü ildə Fransa xəstəxanalarında 4 min 900 çarpayı ləğv olunub.
Statistika şöbəsi bunu tibbi xidmətin dəyişməsi ilə izah edir. Həmkarlar ittifaqları və solçular dövlət orqanlarının tibbi xidmətlə bağlı siyasətini tənqid edirlər.

Bildirilir ki, xəstəxana çarpayıları işçi çatışmazlığı və onları işə götürməkdə çətinliklər səbəbindən azaldılıb. Bəzi deputatlar səhiyyədə yaranmış bu böhrana görə dövlət xidmətinin iflasına səbəb olan, onların iş şəraitini aşağı salan hökuməti və Emmanuel Makronu günahlandırır. Artıq dörd həmkarlar ittifaqı dövlət xəstəxanası üçün daha çox vəsait tələb edərək, səfərbərliyə çağırış edib.

Hüquqşünaslar, eləcə də bəzi müşahidəçilər hökumətin COVID-19 dövründəki səhiyyə siyasətinə istinad edərək bildirirlər ki, xəstəxana böhranına ictimai səhiyyəni məhv edənlər (Makron, Baş nazir, səhiyyə naziri) səbəb olublar və onlar xəstəxanalarda yeni problemlər yaradırlar.

AzVision.az



Teqlər:





Xəbər lenti