İranda görünməmiş hadisə: Tələbə qız soyunaraq etiraz etdi | VİDEO

      İranda görünməmiş hadisə:    Tələbə qız soyunaraq etiraz etdi    | VİDEO
  03 Noyabr 2024    Oxunub:2862
Tehranın “Azad” Universitetində sərt geyim qaydalarına qarşı çıxan tələbə qız soyunaraq etiraz aksiyası keçirib. Digər tələbələrin çəkib, sosial şəbəkələrdə yaydığı video ölkədə böyük əks-səda doğurub. Çoxları qızın cəsarətini alqışlayıblar.
Verilən məlumata görə, adı hələ ki naməlum olan qız hicabı düzgün örtmədiyinə görə universitetinin təhlükəsizlik xidmətinin zorakılığı ilə üzləşibmiş.
Küçədə var-gəl edən etirazçı tələbəni çox keçmədən döyüb, zorla avtomobilə basaraq uzaqlaşdırıblar.



“Amnesty Iran” iddia edir ki, aksiyaya görə saxlanılandan sonra da qıza zorakılıq tətbiq edilib. Təşkilat İranda qadınlara qarşı şiddətə son qoyulmasına çağırıb.

Universitetinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Said Amirin sözlərinə görə, qız yüksək stress vəziyyətində olub və psixi pozuntudan əziyyət çəkirmiş. O saxlanılandan sonra polisə təhvil verilib. Aqibəti hələlik məlum deyil. Ən pis halda onu 80 şallaq cəzası gözləyir.

Samir Quliyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti