G20 sammitində Trampın adını açıq şəkildə çəkmirlər - VİDEO

   G20 sammitində Trampın adını açıq şəkildə çəkmirlər    - VİDEO
  19 Noyabr 2024    Oxunub:505
G20 sammitinin iştirakçıları ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın adını açıq şəkildə çəkməməyə çalışırlar.
AzVision.az xəbər verir ki, “The Times” qəzeti Trampın varlığının pərdə arxasında hiss olunduğunu iddia edib.

“Danışıqlarda artıq ABŞ-nin yoxluğu hiss olunurdu. İnsanlar qorxudan iflic olublar”, – qəzet G20 ölkələrindən birinin diplomatından sitat gətirib.

Heç kimin ABŞ-nin yeni seçilmiş prezidentini müzakirə etməyə həvəsli olmadığını yazan “The Times”, sammitdəki çıxışların təhlilin apararaq, Trampın adını çəkməyənlərin təsnifatını verib.

1.Mətbuat konfransı verən braziliyalı nazir və rəsmilərdən heç biri;
2.Braziliya prezidenti Luis İnasio Lula da Silva;
3.Fransa prezidenti Emmanuel Makron.


Qəzet Böyük Britaniyanın baş nazirinin Tramp komandasının Ukraynaya dəstəyin tənqidi ilə bağlı sualın cavabınd “müttəfiqi tənqid etməməyə can atdığına” da diqqət yetirib.

- Trampın adı ona görə çəkilmir ki, o, Amerikanın maraqlarını təmin etmək üçün beynəlxalq miqyasda sərt oynayacağını açıq şəkildə bildirib. Tramp yeni qlobal iqlim sazişləri, müttəfiqlər və tərəfdaşlarla gələcək inteqrasiya və əməkdaşlıq üzrə Bayden dövründə əldə edilmiş irəliləyişi geri oynamaqla hədələyir”, - qəzet vurğulayır.

Sammitdə maraqlı hadisələrdən biri də Ukrayna məsələsində ifrat anti-Rusiya mövqeyindən çıxış edən Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova yaxınlaşaraq onun əlini sıxması olub. Əksər ekspertlər Makronun bu hərəkətini onun buqələmun xislətinə malik olması ilə əsaslandırırlar.

Qeyd edək ki, 42 dövlətin iştirakı ilə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 sammiti dünən başlayıb və bu gün öz işini yekunlaşdıracaq.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: G20   Tramp   Makron  





Xəbər lenti