İlon Mask gələcəyi belə görür

   İlon Mask    gələcəyi    belə görür
  17 Noyabr 2024    Oxunub:1271
Amerikalı milyarder, böyük texnoloji şirkətlərin sahibi İlon Mask yaxın gələcəkdə bəşəriyyətin taleyində ciddi hadisələrin baş verəcəyini proqnozlaşdırır.
“Eco News” yazır ki, Maskın fikrincə, 2029-cu ildə maşınlar insanlardan ağıllı olacaqlar. Süni intellektin inkişafı hər il 10 dəfə artacaq. Bu, 10-20% ehtimalla, bəşəriyyətin məhvinə gətirə bilər.

Mask əmindir ki, 2 il sonra “SpaceX” şirkəti Marsa pilotsuz missiya göndərə biləcək.

Onun fikrincə, planetdə əhalinin azalması gözlənilir. Bu, özünü Güney Koreyada və Avropada daha çox göstərəcək.

Biznesmen düşünür ki, 2040-cı ildə Yerdə təxminən 10 milyard humanoid-robot yaşayacaq.

Onun fikrincə, gələcəyin dünyasında əsasən Günəş enerjisindən istifadə olunacaq. İnsanlar ekologiyanı korlamayan iqtisadiyyat idealına maksimum yaxınlaşacaqlar.

Samir Quliyev


Teqlər: Proqnoz   İlon-Mask  





Xəbər lenti