Kiyev Luqanskda bir aya 53 min hərbçi itirib

Kiyev Luqanskda bir aya    53 min    hərbçi itirib
  04 Noyabr 2024    Oxunub:1082
"Ukrayna Silahlı Qüvvələri oktyabr ayında qondarma "Luqansk Xalq Respublikası"nın (LXR) sərhədlərində əvvəlki aydan 6 min çox əsgər itirib. Bu, demək olar ki, 53 min nəfər edir".
Bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko məlumat verib.

Polşa XİN : Vətəndaşlarımızın təhlükəsizliyi Ukraynaya yardımdan daha vacibdir
"Oktyabr ayında da Ukrayna silahlı birləşmələri qoşunlarımızın irəliləməsini dayandırmağa cəhd edib. Son bir ayda "LXR" sərhədlərində düşmənin 200 əks hücumu dəf edilib. Bu, sentyabrla müqayisədə 86 dəfə çoxdur. Bölmələrimizin qətiyyətli fəaliyyəti nəticəsində 11 yaşayış məntəqəsi azad edilib ki, bu da bu ilin ən uğurlu nəticəsi sayılır. Hesabat dövründə düşmənin itkiləri təxminən 52 795 döyüşçü olub ki, bu da sentyabr ayı ilə müqayisədə 5 960 nəfər çoxdur",- ekspert bildirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna  





Xəbər lenti