78 milyon amerikalı vaxtından əvvəl səs verib

   78 milyon amerikalı vaxtından əvvəl səs verib
  04 Noyabr 2024    Oxunub:871
ABŞ-də səsvermə hüququ olan vətəndaşların artıq 78 milyonu vaxtından əvvəl səs verib ki, onların 42,6 milyonu şəxsən səsvermə məntəqələrinə gəlib.
AzVision.az Florida ştatı universitetinin yaydığı məlumata istinadən xəbər verir ki, sabah keçiriləcək prezident seçkiləri ərəfəsində 78 milyondan çox ABŞ vətəndaşı erkən səsvermə imkanından istifadə edib.

Açıqlanan məlumata görə, 42,6 milyondan çox insan şəxsən seçki məntəqələrində olub, 35,3 milyona yaxını isə poçt vasitəsilə səs verib.

Ümumiyyətlə, ABŞ-də qeydə alınmış seçicilərin ümumi sayı təxminən 168 milyon nəfərdir. Vaxtından əvvəl səsvermədə ən böyük fəallıq Texas (8,9 milyon səs), Florida (8,1 milyon), Kaliforniya (7,6 milyon), Şimali Karolina (4,4 milyon) və Corciyada (4 milyon) qeysdə alınıb.

2020-ci ildə baş tutmuş son prezident seçkilərindən sonra bəzi ekspertlər demokratların siyasi isteblişmentini məhz poçt vasitəsi ilə səsvermədə saxtakarlıq əməllərində ittiham edirlər. Məhz həmin seçkilərdə qələbə demolrat Co Baydenə verilsə də, özünün qalib gəldiyini edən o vaxtkı prezident Donald Trampın tərəfdarları seçkinin nəticələrinin saxtalaşdırıldığını əsas gətirərək, ölkədə iştişaşlar törətdilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   seçkilər   səsvermə  





Xəbər lenti