Tramp: “Ağ Evdən getməyim səhv idi”

      Tramp:    “Ağ Evdən getməyim səhv idi”
  04 Noyabr 2024    Oxunub:853
Respublikaçıların prezidentliyə namizədi sabiq prezident Donald Tramp 2020-ci il seçkilərindən sonra Ağ Evdən getməsini səhv hesab edib.
AzVision.az xəbər verir ki, Pensilvaniya ştatında öz tərəfdarları qarşısında çıxış edən Donald Tramp 2020-ci ildəki məğlubiyyətindən sonra Ağ Evi tərk etməsini səhv addım adlandırıb. Onhun sözlərinə görə, 4 il əvvəl Birləşmiş Ştatlar tarixində “ən təhlükəsiz sərhədinə” sahib idi.

“Mən getməməliydim. Çünki, düzünü desəm, biz hər şütin öhdəsindən çox yaxşı gəlirdik etdik və bizdə hər şey möhtəşəm idi”, - CNN telekanalı keçmiş prezidentdən sitat gətirir.

Teleлanal bildirir ki, respublikaçı namizəd bu bəyanatla prezident seçkilərinin nəticələrinə etiraz etmək üçün zəmin yaratmaq cəhdi göstərib. Jurnalistlərin fikrincə, Donald Tramp uduzsa, 4 il əvvəlki gedişini yenidən istifadə etmək istəyir.

78 milyon amerikalı vaxtından əvvəl səs verib
Yeri gəlmişkən, artıq 78 milyon amerikalı seçicinin vaxtından əvvəl səsvermə hüququndan yararlanması və onlardan da 35,3 milyona yaxınının məhz poçt vasitəsilə bunu etməsi Donaıd Trampın əlinə güclü kart-blanş verir.

Təsadüfi deyil ki, Pensilvaniyada keçirilən mitinqdə respublikaçı namizəd bir neçə dəfə qarşıdan gələn 5 noyabr seçkilərində mümkün saxtakarlıqlar barədə ifadələri təkrarlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp     gediş  





Xəbər lenti