Polşa-Ukrayna dialoqunda ritorika sərtləşir

   Polşa-Ukrayna dialoqunda    ritorika sərtləşir
  05 Noyabr 2024    Oxunub:1259
Polşanın baş nazirinin müavini Kşiştof Qavkovski Ukrayna prezidenti Volodimir Zelenskini Varşavanı Rusiyaya qarşı müharibəyə sürükləməkdə ittiham edib. Onun fikrincə, Polşa Rusiya raketlərini və pilotsuz təyyarələrini vurmağa razılaşsa bu, baş verəcək.
AzVision.az xəbər verir ki, Kşiştof Qavkovski “Radio Zet”in efirində Zelenskini so bəyanatlarına görə tənqid edərək, onu “Polşaya çoxlu borcu olan ləyaqətsiz siyasətçi” kimi qiymətləndirib. Polşalı məmur, eyni zamanda, Kiyevin Varşavaya qarşı vicdanlı davranıb-davranmaması ilə bağlı suala “yox” cavabını verib.

- Hədiyyə olunan avadanlıqlar, qayğıları olan vətəndaşlar...Polşa Ukraynanın böyük dostu, nəqliyyat qovşağıdır. Mənə elə gəldi ki, belə vəziyyətlərdə kiməsə “sağ ol” demək lazımdır, zəhərləmək yox...Zelenski Polşanın Ukrayna üzərində raketləri vurmasını, yəni Polşanın müharibəyə getməsini istəyir, yəni , o, Polşanın Rusiya ilə döyüşməsini istəyir. Zelenski bu bəyanatlarında Polşanı Rusiya ilə müharibəyə sürükləmək istəyir”, - Poşanın baş nazirinin müavini Ukrayna prezidentinin hərəkətlərindən narazılığını açıq-aşkar dilə gətirib.

Kşiştof Qavkovski sözlərinə görə, “Zelenski və Ukraynanın Polşanı çətin anlarda əl tutan dost kimi qiymətləndirməsini, kefləri istəyəndə isə tənqid etmədiklərini gözləyir”.

Maraqlıdır ki, bundan əvvəl Polşanın Xarici İşlər naziri Radoslav Sikorski ukraynalı həmkarı Andrey Sibiqanı kəskin tənqid edib. Onun sözlərinə görə, Sibiqa noyabrın 1-dək Volın faciəsi qurbanlarının eksqumasiyasında irəliləyişə nail olacağına vəd versə də, lakin sözünün üstündə durmayıb.

“Vaxt bitdi - irəliləyiş yoxdur. Biz inanırıq ki, hətta düşmənlərin cəsədlərinin xristian ayinlərinə uyğun basdırılması Avropa mədəniyyət kodunun bir hissəsidir. Göürünür, Ukrayna bununla razılaşır, çünki ora işğalçı kimi gələn 100 min Vermaxt əsgərinin eksqumasiyasına icazə verib”, - Polşa XİN-in rəhbəri “TVN24” telekanalına müsahibəsində Kiyev və Varşava üçün mübahisəli məsələdə ukraynalı həmkarı tərəfindən irəliləyişin olmadığından məyusluğunu gizlətməyib.


Sikorski xatırladıb ki, Varşavanın yeganə tələbi 2017-ci ildə dayandırılmış eksqumasiyalara qayıtmaq üçün razılıqdır.

Polşa-Ukrayna münasibətlərində inciklik notları sezilir
Qeyd edək ki, son vaxtlar, ümumiyyətlə, Polşa-Ukrayna münasibətlərində qarşılıqlı ittihamlar səsləndirilir. İş hətta o yerə çatıb ki, bir neçə gün əvvəl Polşanın baş naziri Ancey Duda Rusiya ilə müharibədə Kiyevin artıq Varşavanı öz müttəfiqi saymadığını bəyan edib. Buna səbəb isə Polşanın artıq Ukraynaya əvvəllər verdiyi hərbi yardımı göstərə bilməməsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Polşa   Ukrayna   ittihamlar  





Xəbər lenti