Rusiya Ukrayna tərəfində döyüşən ermənini həbs edib

   Rusiya Ukrayna tərəfində döyüşən ermənini həbs edib
  06 Noyabr 2024    Oxunub:934
Moskvanın Basmannı rayon məhkəməsi Ermənistan vətəndaşı Armen Balyanın həbs olunması barədə qərar çıxarıb.
AzVision.az Rusiyanın “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Rusiyada qiyabi olaraq muzdlu fəliyyətdə ittiham edilən Armen Balyan Moskvanın Domodedovo hava limanında saxlanılıb.

İstintaqın fikrincə, Armen Balyan 2022-ci ilin noyabrından 2023-cü ilin dekabrınadək Donetsk və Luqansk vilayətlərində, eləcə də Ukraynanın Xerson vilayətində ərazi müdafiə bölmələrinin tərkibində Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak edib. 2024-cü ilin avqustunda Rusiyada muzdluluqda ittiham edilərək axtarışa verilib.

Ermənistan vətəndaşı olan Balyan ötən ay Domodedovo aeroportunda saxlanılıb. Rusiyanın İstintaq Komitəsinin (RİK) məlumatına görə, o, Rusiya ərazisinə daxil olmağa cəhd göstərib. Amma hansı məqsədlə bunu etdiyi hələlik məlum deyil.

“İstintaq onun Rusiya Federasiyası ərazisində olmasının şərtlərini və əsl məqsədlərini aydınlaşdırmaqda davam edir”, - RİK-dən “Kommersant” nəşrinə verilən məlumatda bildirilir.

Armen Balyanın günahını etiraf etdiyi və “tam məlumatlı ifadə verdiyi” iddia olunur. Bir neçə dəfə yaralandığını deən Balyan, Xerson vilayətində rus hərbçilərinin Dnepr çayı sahilində tutduğu ərazilərə keçmək istəyərkən növbəti dəfə kontuziya aldığını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   Balyan  





Xəbər lenti