Deputatlar “Xarıbülbül zirvəsi”nə yürüş ediblər

Deputatlar “Xarıbülbül zirvəsi”nə yürüş ediblər
  07 Noyabr 2024    Oxunub:633
8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizdə bir sıra təntənəli tədbirlər keçirilir. Azərbaycan Respublikasının Milli Məclisi də öz növbəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil edir.
Qarşıdan gələn 8 noyabr - Zəfər Günü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin komitə sədrləri Şahin İsmayılov, Əli Hüseynli, Parlament Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavini Rüstəm Mahmudov və Aparatın əməkdaşı Ruslan Hacıyevdən ibarət bir qrup “Xarıbülbül zirvəsi” nə yürüş edib.

Yürüş noyabrın 6-da Quba rayonunun Xınalıq kəndindən başlayıb və 2783 metr hündürlükdə yerləşən “Xarıbülbül zirvəsi”nə qalxmaqla yekunlaşıb. Zirvədə Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə edən yürüş iştirakçıları soyuq hava şəraitinə və çətin relyefə baxmayaraq, yürüş zamanı qarşıya qoyulmuş məqsədə nail olublar.


AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti