Şoyqu: “Cənubi Qafqazda mürəkkəb vəziyyət yaranıb”

      Şoyqu:    “Cənubi Qafqazda mürəkkəb vəziyyət yaranıb”
  07 Noyabr 2024    Oxunub:759
Cənubi Qafqazda vəziyyət mürəkkəb olaraq qalır. Rusiya onun yaxşılaşdırılması üçün ilkin şərtləri görür, lakin buna Qərb mane olur.
AzVision.az xəbər verir ki, Rusiya Təhlükəsizlk Şurasının katibi Sergey Şoyqu MDB ölkələrinin Təhlükəsizlik Şuralarının katiblərinin Moskvada keçirilən yığıncağında belə bəyanatla çıxış edib.

“Cənubi Qafqazda regional təhlükəsizliyə gəlincə, vəziyyət çətin olaraq qalır, lakin onun yaxşılaşdırılması üçün ilkin şərtlər var. Buna, yumşaq desək, qeyri-adi məqsədlər güdən xarici oyunçular, ilk növbədə, Qərb ölkələri mane olur. Bu, regional problemlərin regional həll yollarını tələb etməsi tezisini bir daha təsdiqləyir”, - Şoyqu vurğulayıb.

Kollektiv Qərbin həmçinin Ukrayna, Moldova və Gürcüstanla bağlı apardığı siyasətə toxunan Rusiyanın Təhlükəsizlik Şurasının katibi Qərbin digər dövlətlərin “rəqəmsal əsarət altına alınmasına” yönəlik ekspansiyasına qarşı MDB ölkələrinin səylərini daha sıx əlaqələndirməyə çağırıb.

- Dövlətlərimizin informasiya və kiberməkanı üzərində nəzarəti bərqərar etməyə yönəlmiş Qərbin ekspansiyasına, əslində rəqəmsal əsarətə qarşı mübarizə səylərini daha sıx əlaqələndirmək bizim üçün vacibdir”, - Sergey Şoyqu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Şoyqu   MDB   Qərb  





Xəbər lenti