Vaşinqton Zelenskinin sözünü yerə saldı

Vaşinqton Zelenskinin sözünü yerə saldı
  09 Noyabr 2024    Oxunub:973
ABŞ prezident Donald Trampın Ağ Evə qayıtması öncəsi son yardım paketi çərçivəsində Ukraynaya “Patriot” və “NASAMS” hava hücumundan müdafiə (HHM) sistemləri verəcək.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, Pentaqonun rəhbəri Lloyd Ostin başqa alıcıların marağı çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenskinin “ATACMS” raket sistemlərinin prioritet olaraq Kiyevə çatdırılması barədə xahişini yerə salıb.

“Amerikalı nazir Zelenskiyə deyib ki, Pentaqonun digər müştərilərlə bağladığı uzunmüddətli müqavilələri pozmağı xahiş etmək çox böyük tələbdir”, - WSJ vurğulayıb.

Qeyd edək ki, bu həftə Pentaqonun podratçılarına Ukraynada silah təmiri ilə bağlı qoyulan qadağanı Vaşinqtonun ləğv etdiyi məlum olub. Pentaqon podratçıların cəbhə xəttindən uzaqda yerləşəcəyini və rus qoşunları ilə döyüşməyə cəlb edilməyəcəyini açıqlayıb. “CNN” Ukraynada eyni vaxtda bir neçə onluqdan tutmuş iki yüzə yaxın podratçının ola biləcəyini proqnozlaşdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ostin   Zelenski   raketlər   xahiş  





Xəbər lenti