Avropa İttifaqı strategiyasını dəyişir

// Ukraynanın aqibəti necə olacaq?

 Avropa İttifaqı strategiyasını dəyişir
  11 Noyabr 2024    Oxunub:1268
Macarıstanın xarici işlər naziri Siyarto Trampın qələbəsindən sonra Aİ-nin Ukrayna ilə bağlı strategiyasının dəyişdirilməsinin vacibliyini bəyan edib.
ABŞ prezident seçkilərində Donald Trampın qələbəsi Avropa İttifaqını məcbur edəcək ki, Ukrayna ilə bağlı strategiyasına yenidən baxsın, çünki Avropa Ukrayna ordusuna təkbaşına dəstək verə bilməyəcək. Macarıstanın xarici işlər naziri Peter Siyarto belə deyib.


“ABŞ-da keçirilən prezident seçkiləri vəziyyəti dəyişdi. Tramp ABŞ-ın Ukraynadakı hadisələrə yanaşmasını dəyişmək,sülhə nail olmaq niyyətindədir. Aydındır ki, bundan sonra uğursuzluğa düçar olmuş Avropa strategiyasını davam etdirmək mümkün deyil. Avropa böyük dəyişikliklər astanasındadır”, - deyə TASS HirTV -yə istinadən Siyartodan sitat gətirib.

Nazir əlavə edib ki, Aİ-nin “nə hərbi, nə maliyyə, nə də iqtisadi baxımdan ABŞ-ın yerini tutmaq imkanı yoxdur".

"Qərbi Avropa və ABŞ hökuməti əlbir idilər, hamını Ukraynanın silahla təmin ediləcəyinə və Rusiyanın uduzacağına inandırmışdılar. Lakin onlar bu münaqişənin qurbanlarının sayı barədə susdular, iş-gücləri ancaq Rusiyaya qarşı sanksiyalardan danışmaq oldu. Həmin sanksiyalar isə Avropa iqtisadiyyatını əvvəlcə ayağından, sonra dizindən, sonra qarnından, sonda isə ağciyərlərindən vurdu. Və məlum oldu ki, bu cür siyasətdən xeyir gəlməyəcək”, - deyə Siyarto bildirib.

XİN rəhbəri əmindir ki, Aİ ölkələrinin əksəriyyətinin başçıları mövcud vəziyyəti anlayır, lakin etiraf etmək istəmirlər, çünki səhv qərarlarına görə məsuliyyəti üzərlərinə götürmək istəmirlər.

Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban da Donald Trampın prezident seçkilərində qələbəsindən sonra ABŞ-ın Ukrayna münaqişəsindən çıxacağını proqnozlaşdırıb. Orban həmçinin Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyini davam etdirəcəyinə şübhə ilə yanaşır.

S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti