COP29 I “SOCAR Tower”in yeraltı avtomobil dayanacağında müasir elektrik doldurma məntəqəsi istifadəyə verilib

 COP29 I  “SOCAR Tower”in yeraltı avtomobil dayanacağında müasir elektrik doldurma məntəqəsi istifadəyə verilib
  12 Noyabr 2024    Oxunub:468
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 tədbirinin keçirildiyi dövrdə SOCAR ətraf mühitin qorunmasına və təmiz enerji təşəbbüslərinə dəstək verən əhəmiyyətli addımlar atır.
AzVision.az qurumun yaydığı məlumata istinadən xəbər verir ki, SOCAR-ın baş ofisinin inzibati binasının (“SOCAR Tower”) yeraltı avtomobil dayanacağında elektrik və “plug-in hybrid” nəqliyyat vasitələri üçün müasir elektrik doldurma məntəqəsi (EDM) istifadəyə verilib.

Yeni EDM-də 22 kVt-lıq və 60 kVt-lıq güclə təchiz olunan elektrik doldurma stansiyaları xüsusi işarələr ilə digər zonalardan ayrılaraq unikal bir xidmət sahəsi olaraq fəaliyyət göstərəcək. Bu sosial layihə çərçivəsində, SOCAR əməkdaşları bu məntəqədən ödənişsiz istifadə edə biləcəklər. Doldurma xidmətinin enerji xərcləri isə şirkət tərəfindən qarşılanacaq.

SOCAR-ın ekoloji davamlılığa töhfəsini genişləndirmək məqsədilə yaxın gələcəkdə “SOCAR Tower”in əsas girişinin yaxınlığında 60 kVt-lıq, iki çıxışlı əlavə elektrik doldurma stansiyasının quraşdırılması da planlaşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti