COP29 I Yunanıstanın Baş naziri Azərbaycana səfərə gəlib

 COP29 I  Yunanıstanın Baş naziri Azərbaycana səfərə gəlib
  12 Noyabr 2024    Oxunub:487
Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
AzVision.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az



Teqlər: COP29   Yunanıstan   Baku  





Xəbər lenti