COP29-da yaşıl gələcək proqramlarının maliyyələşdirilməsi müzakirə olunub

COP29-da yaşıl gələcək proqramlarının maliyyələşdirilməsi müzakirə olunub
  14 Noyabr 2024    Oxunub:469
Azərbaycanın paytaxtında keçirilən COP29 iqlim konfransı çərçivəsində noyabrın 14-də yaşıl gələcək proqramlarının maliyyələşdirilməsi məsələlərinə dair yüksəksəviyyəli tədbir keçirilib.
Dəyirmi masa formatında keçirilən tədbirdə COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol, Azərbaycan İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və digər rəsmi şəxslər iştirak ediblər.

İştirakçılar müəyyən edilmiş iqlim məqsədlərinə nail olmaq üçün qlobal maliyyə planının işlənib hazırlanmasının davamlı əhəmiyyətini vurğulayıb, həmçinin sözlərlə əməllər arasındakı uçurumu aradan qaldırmağa çağırıblar. Onlar iqlim dəyişikliyinin nəticələri ilə bağlı postsənaye dövlətlərinin narahatedici amillərdən əziyyət çəkən ən yoxsul ölkələr qarşısında məsuliyyətini bir daha xatırladıblar.

Multimedia təqdimatları keçirən azərbaycanlı panel iştirakçıları Azərbaycan hökumətinin təşəbbüsü ilə həyata keçirilən ekoloji proqramlardan danışaraq, diqqəti məsələnin maliyyə tərəfinə yönəldiblər.

AzVision.az



Teqlər:





Xəbər lenti