HƏMAS Netanyahunun həbsinə dair BCM-nin orderini qiymətləndirib

   HƏMAS Netanyahunun həbsinə dair BCM-nin orderini qiymətləndirib
  21 Noyabr 2024    Oxunub:258
HƏMAS hərəkatı Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair orderi alqışlayıb.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Biz HƏMAS hərəkatında Benyamin Netanyahu və Yoav Qalantın BCM-nin həbsinə order verməsini alqışlayırıq”, - deyə bəyanatda deyilir.

Qeyd edilir ki, bu addım mühüm tarixi presedenti təmsil edir.

Bu gün Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında münaqişə ilə bağlı Netanyahu və Qalantı həbs etmək qərarına gəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti