KXDR lideri: "Hər an dağıdıcı termonüvə müharibəsi başlaya bilər"

      KXDR lideri:    "Hər an dağıdıcı termonüvə müharibəsi başlaya bilər"
  22 Noyabr 2024    Oxunub:399
"Koreya yarımadasındakı qarışıq vəziyyət ən dağıdıcı termonüvə müharibəsinə gətirib çıxara bilər".
Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı məlumata görə, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

Peskov: "Qərb nüvə müharibəsinə zəmin yaratmamalıdır"
Kim Çen In Pxenyanda təşkil olunan silah sərgisinin açılışında çıxışı zamanı deyib ki, hazırda durum əvvəlki dövrlərdən xeyli fərqlidir: "Koreya yarımadasında münaqişə tərəfləri heç vaxt bu qədər təhlükəli və kəskin qarşıdurmada olmamışdılar. İndi bu qarşıdurma hər an ən dağıdıcı termonüvə müharibəsinə çevrilə bilər".

O əlavə edib ki, ABŞ ilə aparılan danışıqlar yalnız bir nəticəni ortaya qoyub ki, bu da Vaşinqtonun Koreya Xalq Demokratik Respublikasına (KXDR)qarşı düşmənçilik siyasətinin dəyişməyəcəyidir.

Kim Çen In qeyd edib ki, Birləşmiş Ştatlar təzyiqləri və təxribat səviyyəsini artırır. ABŞ bölgədə özünün böyük strateji aktivlərini və müttəfiqlərinin qüvvələrini yerləşdirir, nüvə silahının birgə istifadəsinə dair hərbi ittifaq sistemini genişləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   KXDR  





Xəbər lenti