Milyarderlər pullarını necə xərcləyirlər?

   Milyarderlər pullarını necə xərcləyirlər?
  11 Dekabr 2024    Oxunub:403
Zəngin insanların fərqli yaşayış və düşüncə tərzinə malik olduqları məlumdur. Onların öz pullarını xərclədikləri spesifik şəxsi ehtiyacları var.
AzVision.az xəbər verir ki, “Finansı Mail” portalı dünyanın ən zəngin insanlarının maliyyə vəsaitlərini necə idarə etdiklərini və hansı maddi sərvətlərin onları xüsusilə maraqlandırdığını araşdırıb.

Rusiyanın “Sinerji” universitetinin Biznes fakültəsinin direktoru Kirill Ploxixin sözlərinə görə, zəngin insanların təfəkkürü “bizim paradiqmadan bir az fərqli fəaliyyət göstərir”.

Məsələn, orta statistik 25 yaşlı insan varlanan kimi ilk növbədə bahalı maşın, mənzil, telefon, saat, paltar və s. almaq istəyir. Pulla necə davranacağını bilmədiyi üçün o, böyük ehtimalla, altı aydan və ya bir ildən sonra var-dövlətini itirəcək. Adətən, insanlar varlanandan sonra onu çox tez itirirlər.

“Milyarderlər maliyyə diversifikasiyasına ciddi yanaşırlar. Onlar gəlirlərinin kiçik bir hissəsini – 10-20%-ni kef üçün xərcləyirlər. Böyük sərvət qazanan insə çaanlar pullarını əsasən yeni pulların qazanılmasına yatırırlar. Hər yeni rublu iki rubla çevirməylışırlar”, - ekspert izah edir.

Bunun üçün müxtəlif startaplara, müəssisələrə, şirkətlərə, innovasiyalara sərmayə qoyur, səhm alır, özlərinə ehtiyat gəlir mənbələri hazırlayır, xeyriyyəçiliklə məşğul olurlar.

Antikvariatdan oyuncaqlara kimi
Bununla belə, milyarderlər “özlərinə” pul xərcləməyi də unutmurlar. Yüksək gəlir səviyyəsi olan insanlar adətən əntiq və unikal əşyalar alır, vəsait portfelini klassik sahələrə, məsələn, fond bazarların və dəbdə olan kriptovalyutaya şaxələndirirlər.

- Milyarderlər əntiq əşyaları hərraclarda alır və şəxsi kolleksiyalarda axtarırlar. Bu alışlar insanın məqsədindən asılıdır. Milyarder öz kolleksiyasına əlavə etmək və ya statusunu göstərmək üçün onu evində və ya ofisində nümayiş etdirmək istəyə bilər”, - rusiyalı iqtisadçı Mariya Yermilova deyib.

Son zamanlarda oyuncaqlara sərmayələr yatırılması getdikcə daha çox yayılıb. Bundan əlavə, milyarderlər yaxtalara, bahalı evlərə və adalara investisiya qoya bilərlər. Bu, həm də öz məqsədlərini həyata keçirməkdə status və imkanların bir növ təsdiqidir.

Daha çox pul qazanmaq prinsipi
Yermilovanın fikrincə, klassik investisiya strategiyaları əsasən kapitalın artırılmasına yönəlib. Sadəcə, bu böyük həcmdə sərmayə qoyuluşu əsasında həyata keçirilir.

Kirill Ploxix iddia edir ki, çoxlu sərbəst vəsait olanda, insan hər gün ehtiyac duyduğu əsas mallara qənaət etməyi dayandırır və artıq qazandığı puldan daha da çox pul qazanmaq, necə yenidən investisiya yatırmaq, bu dünyaya kömək etmək, necə iş yerləri yaratmaq və s. barədə düşünür.

"Böyük pullar aləmi barədə - avtomobillər, əyləncələr və s. ilə əlaqəli stereotip fantaziya xəttinə malik insanlar, adətən milyarder olmurlar və ya qısa müddətə onlara çevrilirlər", - ekspert vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: milyarderlər   vəsaitlər   xərclər  





Xəbər lenti