"Tramp dediyini edəcək" - Mayk Uolts

"Tramp dediyini edəcək" -  Mayk Uolts
  19 Yanvar 2025    Oxunub:456
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts bildirib ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır və Tramp hər vəchlə buna nail olmaqda qərarlıdır.
Tramp təzə koin çıxardı
"Bu münaqişəyə son qoyulmalıdır və prezident Tramp bunu çox açıq şəkildə bəyan edib. O, bu yoldan dönməyəcək", - Waltz CBS telekanalına müsahibəsində deyib.

Hələ yanvarın 7-də Tramp münaqişənin həlli üçün ona "bir gündən bir az çox vaxt lazımdır" demişdi. Bununla, o, inauqurasiyadan dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə Ukrayna böhranı mövzusunda danışıqlar aparmaq istədiyinə eyham vurmuşdu. Seçilmiş Amerika liderinin administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq isə problemin 100 günə həll ediləcəyinə inanır.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər: Tramp   ABŞ  





Xəbər lenti