Onun sözlərinə görə, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əmək haqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı:
"Belə ki, sosial haqqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu nəticədə, minimum əmək haqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər.
Müraciətlərin sayını nəzərə alaraq bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqqlarının yeni məbləğləri belə olacaq:
Minimum pensiya və əmək haqqı nə qədər olacaq? |
2. Sumqayıt və Gəncə şəhərlərində: Tikinti üzrə 180 manat (400 manat x 50 faiz x 90 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 90 manat (400 manat x 25 faiz x 90 faiz)
3. Digər şəhərlərdə: Tikinti üzrə 160 manat (400 manat x 50 faiz x 80 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 80 manat (400 manat x 25 fazi x 80 faiz)
4. Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: Tikinti üzrə 120 manat (400 manat x 50 faiz x 60 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 60 manat (400 manat x 25 faiz x 60 faiz)
5. Kənd yerlərində: Tikinti üzrə 100 manat (400 manat x 50 faiz x 50 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 50 manat (400 manat x 25 faiz x 50 faiz)".
Həmidə İbrahimova
AzVision.az