Xaricdə ortaq axtaran 5 yerli şirkət

Xaricdə ortaq axtaran 5 yerli şirkət
  15 Fevral 2013    Oxunub:1751
Azərbaycanlı sahibkarların bioorqanik məhsulların yetişdirilməsi və istehsalına marağı artıb. Bu məqsədlə yerli sahibkarlar beynəlxalq təcrübəni öyrənməkdə israrlıdırlar.
AzVision.az-ın məlumatına görə, beynəlxalq təcrübəni öyrənmək üçün bir neçə yerli iş adamı Almaniyaya gedib.
Onlar Almaniyanın Nürnberq şəhərində fevralın 13-dən keçirilən “Biofach-2013” sərgisi və tədris turunda iştirak edəcək. 23-cü dəfədir ki, keçirilən sərgidə dünyanın müxtəlif ölkələrindən 2000-dən çox ziyarətçi və 40 mindən çox ticarət nümayəndələri iştirak edir.
Bioorqanik məhsulların yetişdirilməsi və istehsalı ilə məşğul olan yerli sahibkarlar üçün yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyəti olan “Biofach-2013” sərgisinə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdən 5 şirkət qatılıb.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək tədbir çərçivəsində Almaniyada yerləşən təşkilatlara, birliklərə, assosiasiyalara və şirkətlərə səfərlər, həmçinin, Mərkəzi və Şərqi Avropada orqanik sektorun inkişafı, orqanik məhsullar üçün Avropa bazarlarında iştirak kimi ümumi təcrübənin öyrənilməsi nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti