Zaxarova: "Ermənistanla tarixi möhkəm dostluq münasibətlərimiz var"

"Biz qonşu ölkələrik, aramızda təbii xarakter daşıyan dərin humanitar əlaqələr var. Bu, coğrafiya, tarix və xalqlarımızın taleyi ilə şərtlənib", - M.Zaxarova vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rusiya və Ermənistan arasında dostluq münasibətlərindən narazı olan qüvvələr mövcuddur.
"Bizim mövqeyimiz həm ölkə prezidenti, həm də doktrinal sənədlərlə dəqiq müəyyən edilib. Məqsədimiz Ermənistan və erməni xalqı ilə münasibətləri hərtərəfli inkişaf etdirməkdir", - Rusiya XİN-in nümayəndəsi əlavə edib.
AzVision.az
Teqlər: