London Ukraynada atəşkəs üçün planlar hazırlayacaq

London Ukraynada atəşkəs üçün planlar hazırlayacaq
  28 Mart 2025    Oxunub:979
Britaniya hərbi rəhbərliyi yaxın günlərdə Ukraynaya səfər edərək gələcək atəşkəsin tətbiqi üçün əməliyyat planlarının hazırlanmasına dəstək verəcək.
Bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan edib. O, Avropanın Ukraynada gələcək sülh razılaşmasını dəstəkləmək üçün on illərdir görünməmiş miqyasda səfərbər olduğunu vurğulayıb.

Baş nazir, hazırkı dövrdə Rusiyaya təzyiqlərin azaldılmasının uyğun olmadığını da qeyd edib: “Biz sülh razılaşmasının dəqiq forması nə olursa olsun, onu həyata keçirməyə hazır olacağıq və Ukraynanın gələcək hücumlardan müdafiə olunması və qarşısının alınması üçün birlikdə çalışacağıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti