Axtarışda olan 52 nəfər saxlanılıb

Axtarışda olan 52 nəfər saxlanılıb
  28 Mart 2025    Oxunub:1041
Martın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti