Fransa və İngiltərə Ukraynaya hərbi heyət göndərəcək

Fransa və İngiltərə Ukraynaya hərbi heyət göndərəcək
  27 Mart 2025    Oxunub:718
Fransa və Böyük Britaniya yaxın günlərdə Ukraynaya birgə hərbi nümayəndə heyəti göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron liderlərin Ukraynaya dəstək üçün Parisdə keçirilən görüşündən sonra bildirib.

Makron qeyd edib ki, bu gün xarici işlər nazirlərinə atəşkəs rejiminə necə nəzarət etmək barədə təkliflər hazırlamaq tapşırığı verilməsi qərara alınıb. Nazirlərin təkliflərlə çıxış etmək üçün üç həftə vaxtı olacaq.

Eyni zamanda, Makron qeyd edib ki, Fransa və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri ilə işləmək üçün Ukraynaya hərbi heyət göndərəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti