Səudiyyə Kralından bayram təbriki

 Səudiyyə Kralından bayram təbriki
  30 Mart 2025    Oxunub:1033
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Ramazan Bayramı münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq.

Allahdan diləyirik ki, bu mübarək bayramda Zati-alinizə və qardaş xalqımıza daha çox tərəqqi və firavanlıq nəsib etsin, həmçinin İslam ümmətimizi qüdrətli və sabit etsin.

Zati-alinizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk.

Qardaşınız,
Salman bin Əbdüləziz Al Səud
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı



Teqlər:





Xəbər lenti