Qəzzadakı bütün çörək sexləri bağlanıb

   Qəzzadakı bütün çörək sexləri bağlanıb
  01 Aprel 2025    Oxunub:894
Bu gün Qəzza zolağında un və yanacaq çatışmazlığı ucbatından bütün çörək zavodları bağlanıb.
Bu barədə Qəzza üzrə Çörək Sexi Sahibkarları Assosiasiyasının rəhbəri Əbdülnasir Əl-Əcrəmi yerli mətbuata açıqlamasında danışıb. Onun sözlərinə görə, Qəzzadakı 18 çörək sexinə yardım ayıran Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramı "anbarlarında unun qurtardığını" bildirib.

"İsrail tərəfindən Qəzza zolağındakı keçidlər açılmadıqa, anbarlara lazımi şeylərin keçirilməsinə icazə verilmədikcə çörək sexləri işləməyəcək. Beynəlxalq ictimaiyyəti Qəzzada aclığın daha da artmasının qarşısını almaq üçün reaksiya göstərməyə çağırırıq", - Əl-Əcrəmi deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   çörək-qıtlığı   aclıq  





Xəbər lenti