Aranda kino günləri başlayır

Aranda kino günləri başlayır
  16 Aprel 2025    Oxunub:884
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) aprelin 16-dan 30-dək bölgələrdə kino günləri layihəsinə başlayır.
AKİ-dən AzVision.az -a bildirilib ki, budəfəki bölgələr Zərdab, Ucar, Göyçay, Yevlax, Ağdaş rayonlarıdır.

Tamaşaçılara Azərbaycan müasir kinosunun nümunələri – rejissorlar Aydın Arslanın “Aktyor”, Ruslan Ağazadənin “Balaca”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Orxan Ağazadənin “Oturacaqlar”, Teymur Qəmbərovun “Quxuroba”, Mirsadıq Ağazadənin “Eviniz abad” qısa və tammetrajlı bədii filmləri, o cümlədən, Vahid Talıbovun “Lağım” və “Arzular.. arzular”, Şamil Nəcəfzadənin “İthaf”, Elçin Hami Axundovun “Güzgü” qısametrajlı animasiya filmləri və Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Aynur Kazımovanın “Unudulmuş arzular” qısametrajlı sənədli filmləri təqdim olunacaq.

Nümayişlərdə ənənəyə sadiq qalaraq, filmlərin yaradıcı heyəti və kinotənqidçi Aygün Aslanlı tamaşaçılarla müzakirələr aparacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti