DYP sürücülərə müraciət edib

Əlverişsiz hava şəraitində sürücülük təcrübəsi zəif olan şəxslərin yola çıxmamaları tövsiyə edilir.
Yolda hər hansı bir çətinliklə qarşılaşıldıqda sürücülər dərhal yaxınlıqda olan yol patrul xidmətinin əməkdaşlarına müraciət etməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hər bir sürücü hərəkət etməzdən əvvəl hava şəraitini və yol vəziyyətini dəqiqləşdirməli, yalnız təhlükəsiz şəraitdə yola çıxmalıdır. Hava şəraiti və yol vəziyyətindən asılı olaraq, sürücülər diqqətli və məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Bu, həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımdır.
AzVision.az
Teqlər: