Tramp İlon Maska da mane olur

   Tramp İlon Maska da mane olur
  16 Aprel 2025    Oxunub:797
Prezident Donald Trampın ABŞ-də Çin mallarına rüsumları kəskin şəkildə artırmasından sonra milyarder İlon Maka məxsus olan “Tesla” şirkəti “Cybercab” elektrik avtomobili və “Semi” yük maşını üçün Çindən komponentlərin tədarükünü dayandırmaq məcburiyyətində qalıb.
AzVision.az xəbər verir ki, mənbələrə istina edən “Reuters” agentliyi belə məlumat yayıb.

“Bu addım “Tesla” şirkətinin İlon Maskın investorlar arasında möhkəm sıxışdırdığı çoxdan gözlənilən modellərin kütləvi istehsalına başlamaq planlarını poza bilər. Şirkət 34 faizlik rüsum tətbiq edildikdən sonra xərcləri ödəməyə hazır idi, lakin tariflər 84 faizə, daha sonra isə 125 faizə qaldırıldıqdan sonra ümumi yük 145%-ə yüksəldi və bu, komponentlərin idxalını iqtisadi cəhətdən mümkünsüz etdi. Nəticədə “Tesla” prosesi dayandırdı”, - agentlik yazır.

Detalların tədarükü yaxın aylarda başlamalı idi. Oktyabrda sınaq istehsalı və 2026-cı ildə modellərin kütləvi istehsalı gözlənilirdi. “Cybercab”ın Texasda, “Semi”nin isə Nevadada yığılması planlaşdırılırdı.

Mövcud vəziyyət keçmiş prezidentin bir çox təşəbbüslərini açıq şəkildə dəstəkləyən İlon Maska Trampın siyasətinin hətta müttəfiqlərinə necə mənfi təsir göstərə biləcəyini nüayiş etdirdi.

Pentaqonda daha bir istefa
Bundan əvvəl “The Washington Post (WP)” nəşri qlobal təchizat zəncirindəki riskləri əsas gətirən Maskın yeni tariflərin ləğvi üçün şəxsən Donald Trampa müraciət etdiyini bildirmişdi. Çinin Amerika mallarına 125 faiz tarif tətbiq edərək qisas almasından sonra “Tesla” şirkəti, həmçinin “Model S” və “Model X” avtomobillərinə sifariş qəbulunu dayandırıb.

Bu arada Amerikanın “Axios” portalı məzh prezident Donald Trampın ABŞ-nin Müdafiə nazirliyinin rəsmilərinə Pekinlə mümkün münaqişə vəziyyətində Vaşinqtonun hərbi planları ilə bağlı martın 21-də İlon Mask üçün nəzərdə tutulan brifinqin ləğv olunmasını əmr ediyini açıqlayıb.

“İlonun (Mask) orada nə işi var? Onun oraya düşməyəcəyinə əmin olun”, - portal ABŞ prezidentindən sitat gətirir.

“Axios”un iddiasına görə, Pentaqondakı görüş ABŞ prezidentini Maskın əleyhinə kökləyib. Adı açıqlanmayan ABŞ rəsmisi qeyd edib ki, İlon Maskın Çində çoxlu biznesi, orada yaxşı münasibətləri var. Lakin prezidentin milyarderə hələ də böyük sevgi sərgiləməsinə baxmayaraq, həmin brifinq yersiz olub.

Xatırladaq ki, “Politico” nəşrinin mənbələrindən birinin verdiyi məlumata görə, ABŞ-nin hərbi departamenti hazırda Panama kanalı və Qırmızı dənizdə Amerikanın başqa bir təyyarədaşıyan gəmisinin yerləşdirilməsi ilə bağlı hərbi planların sızması, habelə sahibkar İlon Maskın Pentaqona səfəri və Ukrayna üçün kəşfiyyat məlumatlarının toplanması ilə bağlı araşdırma aparır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Mask   əngəl  





Xəbər lenti