Çin şirkətləri işğaldan azad olunmuş ərazilərə investisiya qoymağa dəvət edilib

Çin şirkətləri işğaldan azad olunmuş ərazilərə investisiya qoymağa dəvət edilib
  16 Aprel 2025    Oxunub:569
Çin şirkətləri işğaldan azad olunmuş ərazilərə investisiya qoymağa dəvət edilib.
AzVision.az Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında işğaldan azad edilmiş ərazilərdə yaranan yeni reallıqlar fonunda mövcud geniş imkanlar xüsusilə vurğulanıb.

Komissiyanın həmsədri, Baş nazirin müavini Şahin Mustafayev Çin rəsmilərinə işğaldan azad olunmuş ərazilərindəki həyata keçirilən müasir infrastruktur layihələri və gələcək iqtisadi perspektivlər haqqında ətraflı məlumat verərək, Çin şirkətlərini bu ərazilərə investisiya yatırmağa dəvət edib.

İclasda qeyd edilib ki, Azərbaycan ilə Çin arasında baramaçılığın inkişafı sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlığın işğaldan azad edilmiş ərazilərin bərpasında özünü daha qabarıq şəkildə nümayiş etdirəcəyi gözlənilir. Belə ki, tərəfdaşlar tərəfindən Xocalı şəhərində əkilməsi üçün artıq 130 min tut tingi gətirilib. Layihənin uğurlu nəticələr verəcəyi proqnozlaşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti