Emin Hüseynov: Mədəni və tarixi abidələr bərpa edilir

      Emin Hüseynov:    Mədəni və tarixi abidələr bərpa edilir
  17 Aprel 2025    Oxunub:737
Ağdam, Füzuli və Xocavənd əraziləri işğaldan azad edildikdən sonra bir sıra mədəni irs obyektlərinin vandalizmə məruz qaldığı aşkar olunub. Ali Baş Komandanın rəhbərliyi ilə bu mədəni və tarixi abidələrin bərpası və dirçəldilməsi prosesi hazırda davam etdirilir.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov aprelin 17-də Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunun açılışında deyib.

O bildirib ki, hazırda aparılan yenidənqurma prosesi Ağdam, Xocavənd və Füzulini əhatə edir və bu proses ümumilikdə beş mərhələdən ibarət plan üzrə həyata keçirilir.

"Birinci mərhələ baş planlaşdırma və layihələndirmədir. Biz artıq bütün əsas şəhər və regional mərkəzlər üçün baş planlar hazırlamışıq. Baş planlar hazırlandıqdan sonra biz bu ərazilərdə yerləşən vacib obyektlərin yerlərini dəqiq müəyyənləşdiririk", - deyə xüsusi nümayəndə bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti